Türkiyənin ordu generalı: "Aprel döyüşləri Azərbaycan ordusunun qüdrətini göstərdi"

Türkiyənin ordu generalı: "Aprel döyüşləri Azərbaycan ordusunun qüdrətini göstərdi" ​Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu komandanı, ordu generalı Musa Avseverlə görüşüb
Qarabağ
494
15 Dekabr , 2016 12:20
Türkiyənin ordu generalı: Aprel döyüşləri Azərbaycan ordusunun qüdrətini göstərdi

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu komandanı, ordu generalı Musa Avseverlə görüşüb.

"Report" xəbər verir ki, görüşdə M.Avsever Azərbaycan və Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin qorunmasının və daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladan ordu generalı diqqətə çatdırıb ki, eyni tarixə, kökə, dilə, dinə və ənənələrə mənsub olan iki qardaş xalq arasında əlaqələrin qorunması və inkişafı tarixi əhəmiyyət daşıyır.

Azərbaycanın dövlət müstəqilliyini bərpa edəndən sonra hərbi və müdafiə sənayesi sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirən M.Avsever Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasından narahatlığını ifadə edib. Bildirib ki, aprel döyüşlərində işğal altındakı torpaqların bir qisminin düşməndən azad edilməsi Azərbaycan Ordusunun şücaətinin və qüdrətinin göstəricisidir.

M.Hacıyev bir neçə gün əvvəl İstanbulda törədilən terror aktı nəticəsində şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Baş konsul diqqətə çatdırıb ki, Türkiyədə baş verən istənilən xoşagəlməz hadisə, o cümlədən terror aktları Azərbaycanda böyük sıxıntı ilə qarşılanır. Biz erməni terrorizmindən əziyyət çəkən ölkəyik. Azərbaycan bütün məsələlərdə, o cümlədən terrorçuluqla mübarizədə qardaş Türkiyənin yanındadır.

Son xəbərlər

Orphus sistemi