Türkiyədən alınan minatəmizləyən maşınlar azad edilən ərazilərdə fəaliyyətə başlayacaq - YENİLƏNİB

Türkiyədən alınan minatəmizləyən maşınlar azad edilən ərazilərdə fəaliyyətə başlayacaq - YENİLƏNİB Media nümayəndələrinin Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hərbi hissələrinə səfəri təşkil olunub
Qarabağ
10 Fevral , 2021 15:32
Türkiyədən alınan minatəmizləyən maşınlar azad edilən ərazilərdə fəaliyyətə başlayacaq - YENİLƏNİB

Video əlavə olunub

13.12

Media nümayəndələrinin Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hərbi hissələrinə səfəri təşkil olunub.

"Report” xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş Türkiyədən alınan mexaniki minatəmizləmə texnikası nümayiş etdirilib.

Bu gündən etibarən Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikasının istismarına başlanılıb. Hərbi texnikanın dərindən öyrənilməsi və bacarıqla istifadə edilməsi məqsədi ilə hərbi qulluqçular üçün müvafiq kurslar təşkil edilib. Bu gün isə texnikanın poliqonda real şəraitdə minatəmizləmə fəaliyyəti icra olunub. Daha sonra isə kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara beynəlxalq sertifikatlar təqdim olunub.

Texnika qısa zamanda işğaldan azad edilmiş ərazilərdə minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işinə qatılacaq.

FOTO: Ehtiram Cəbi

Son xəbərlər

Orphus sistemi