Türkiyədə Qarabağ Zəfərinə həsr edilən tamaşa nümayiş etdirilib

Türkiyədə Qarabağ Zəfərinə həsr edilən tamaşa nümayiş etdirilib İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərə həsr olunan “Qızıl alma - Şuşanın oyanışı” adlı teatr tamaşası nümayiş etdirilib. Gültəpə Mədəniyyət Mərkəzində baş tutan tamaşa “Umut Oyunçuları” teatrı tərəfindən hazırlanıb.
Qarabağ
15 Yanvar , 2022 23:20
Türkiyədə Qarabağ Zəfərinə həsr edilən tamaşa nümayiş etdirilib

İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərə həsr olunan “Qızıl alma - Şuşanın oyanışı” adlı teatr tamaşası nümayiş etdirilib. Gültəpə Mədəniyyət Mərkəzində baş tutan tamaşa “Umut Oyunçuları” teatrı tərəfindən hazırlanıb.

"Report"un yerli bürosuna açıqlama verən “Umut oyuncuları” istehsalat birliyinin koordinatoru Ayhan Ünlü iki il əvvəl İstanbulun Kağıthane Bələdiyyəsinin dəstəyi ilə Xocalı soyqırımına həsr olunan tamaşanın nümayiş etdirildiyini xatırladıb:

“Səhnə əsəri səkkiz nəfərlik aktyor heyəti tərəfindən oynanıb. Bu aktyorlardan 4-ü mütəmadi olaraq Türkiyədə televiziyalar və seriallarda rol alan və tamaşaçılar tərəfindən tanınan şəxslərdir. Bu cür layihələrin bundan sonra da davam etdirmək fikrimiz var. Tamaşamızı Azərbaycanda da nümayiş etdirməyi düşünürük”.

Qeyd edək ki, tamaşada Azərbaycan musiqilərindən istifadə edilib.

Son xəbərlər

Orphus sistemi