Türkiyə Xarici İşlər Nazirliyi Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat yayıb

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat yayıb "Ermənistanın törətdiyi qətliamı və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını kəskin şəkildə qınayırıq"
Qarabağ
24 Fevral , 2017 18:50
Türkiyə Xarici İşlər Nazirliyi Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat yayıb

Bakı. 24 fevral. REPORT.AZ/ Türkiyə Xarici İşlər Nazirliyi Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat yayıb.

"Report"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, sənəddə Ermənistan Silahlı Qüvvələrinin 1992-ci il fevralın 26-da Dağlıq Qarabağ bölgəsində Xocalı şəhərinə hücum etməsi nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, ümumilikdə 613 nəfər qətlə yetirildiyi bildirilib: "1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil". 

Bəyanatda qeyd olunub ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır: "Bir milyona yaxın azərbaycanlı qardaşımız qaçqın və məcburi köçkündür. Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın bundan 25 il öncə Xocalıda qarşı-qarşıya qaldıqları dəhşətin acısını hər zaman qəlbimizin ən dərin yerində hiss edirik. Bu insanlıq faciəsinə yol açanlar tarix və vicdanları qarşısında məhkum qalacaqlar. Ermənistanın törətdiyi qətliamı və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını kəskin şəkildə qınayırıq. Bu faciədə həyatını itirənlərə bir daha Allahdan rəhmət diləyirik və onların xatirəsi qarşısında baş əyirik".

Son xəbərlər

Orphus sistemi