Türkiyə Müdafiə Nazirliyindən Azərbaycan Ordusuna növbəti dəstək

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycan Ordusuna növbəti dəstək Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ermənistanın yeni hərbi təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatlarına növbəti dəfə dəstək verib.
Qarabağ
4 Oktyabr , 2020 13:53
Türkiyə Müdafiə Nazirliyindən Azərbaycan Ordusuna növbəti dəstək

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ermənistanın yeni hərbi təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatlarına növbəti dəfə dəstək verib. 

"Report"un xəbərinə görə, Nazirliyin "Twitter" səhifəsində bununla bağlı paylaşım edilib. 

Nazirliyin təqdim etdiyi şerin bəndi belədir:

Eşqimiz, sevdamız könlümüzdədir bizim,

Dərdimiz, diləyimiz dərindədir bizim,

Taleyimiz bir yazılmış ağ alnımıza,

Gücümüz, ürfanımız birliyimizdədir bizim!

“Türkiyə-Azərbaycan” şüarı ilə dövlət bayraqlarımızın qoşa dalğalandığı paylaşıma iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə təlimlərindən çəkilmiş fotolar əlavə edilib.

Son xəbərlər

Orphus sistemi