Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları Ağdamda səfərdə olub

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları Ağdamda səfərdə olub Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları Ağdam rayonuna səfər ediblər.
Qarabağ
2 Sentyabr , 2021 16:03
Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları Ağdamda səfərdə olub

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşlarının işğaldan azad olunmuş Ağdam rayonuna səfəri başa çatıb.

“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər iştirakçılarına rayonda ermənilərin törətdiyi barbarlıq barədə məlumat verilib.

Ağdamda səfərdə olan xarici KİV nümayəndələri Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionunu ziyarət edərək Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri ilə tanış olublar.

Bildirilib ki, Ağdamda törədilən dağıntılar erməni vandalizminin və barbarlığının bariz nümunələridir. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da ölkəmizin tarixi-mədəni irsinə qarşı misli görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı bütün abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir olunub.

Sonra səfər iştirakçıları Ağdam Cümə və Qiyaslı məscidlərində olublar. Onlar Ağdam Cümə Məscidində namaz qılıblar və dualar oxuyublar.

Bununla da Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşlarının işğaldan azad olunmuş ərazilərə səfərləri başa çatıb.

Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşlarının səfərləri “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilib.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak ediblər.

Xatırladaq ki, bundan öncə Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları işğaldan azad olunmuş Füzuli, Cəbrayıl rayonlarına, Şuşa şəhərinə və Gəncədə erməni terroru nəticəsində ballistik raket atılan əraziyə baş çəkiblər və oradakı vəziyyətlə tanış olublar.

15:12

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları Ağdam rayonuna səfər ediblər.

“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər çərçivəsində xarici KİV nümayəndələri Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrına ziyarət edərək Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri ilə tanış olacaqlar.

Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşlarının səfərləri “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi