Tural Gəncəliyev XİN-dəki vəzifəsinin icrasını dayandırıb

Tural Gəncəliyev XİN-dəki vəzifəsinin icrasını dayandırıb Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsinin icrasını dayandırıb.
Qarabağ
258
10 Yanvar , 2020 11:59
Tural Gəncəliyev XİN-dəki vəzifəsinin icrasını dayandırıb
Tural Gəncəliyev / Report

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması"nın rəhbəri Tural Gəncəliyev Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsinin icrasını dayandırıb.

“Report”un məlumatına görə, o, XİN-dən məzuniyyətə çıxıb. 

T.Gəncəliyevin nazirlikdəki vəzifəsinin icrasını dayandırması 2020-ci ilin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsi ilə əlaqədardır.

Qeyd edək ki, T.Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürüb. Onun namizədliyi qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi