Tural Gəncəliyev: "Qarabağın işğalını pisləyən ermənilərdən məktublar alırıq"

Tural Gəncəliyev: "Qarabağın işğalını pisləyən ermənilərdən məktublar alırıq" Dağlıq Qarabağın işğalı bütün beynəlxalq birlik tərəfindən pislənir.
Qarabağ
21 May , 2020 18:53
Tural Gəncəliyev: Qarabağın işğalını pisləyən ermənilərdən məktublar alırıq
Tural Gəncəliyev / Report

Dağlıq Qarabağın işğalı bütün beynəlxalq birlik tərəfindən pislənir.

“Report” xəbər verir ki, bu barədə “Eurasian Regional Center of İCYF” – İslam Həmrəyliyi Gənclər Forumunun Avrasiya Regional Mərkəzi tərəfindən keçirilən onlayn müzakirə zamanı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev bildirib.

O, işğal olunmuş ərazilərin boşaldılmasını tələb edən çoxlu sayda qətnamə və qərarların Ermənistan tərəfindən hələ də qulağardına vurulduğunu xatırladıb: “Biz bu işğala son qoymalıyıq. Münaqişənin həll olunmaması bütün regiona, o cümlədən Qarabağdakı ermənilərə mənfi təsir edir. Azərbaycan torpaqlarını azad etmək üçün hər cür hüquqi əsasa da, hərbi qüdrətə də malikdir”, - deyən icma rəhbəri Ermənistan tərəfinin bu münaqişənin həllində maraqlı olmadığını dilə gətirib:

“Bir qarabağlı kimi mən Qarabağ ermənilərinə dəfələrlə müraciət etmiş, onları barışığa çağırmışam. Eyni zamanda bölgənin Ermənistan tərəfindən işğalını pisləyən, əvvəlki kimi yaşamaq istəyən Qarabağ ermənilərindən məktublar alırıq. Münaqişə dinc yolla həll edilsə, hər kəs bütün regionun inkişafının şahidi olacaq. Dağlıq Qarabağ tarixən Azərbaycan torpağı olub”.

Son xəbərlər

Orphus sistemi