İcma sədri: “Lill Universitetinin müəllimlərinin işğal olunmuş ərazilərimiz haqqında məlumatsız olmaları onlar üçün utancvericidir”
İcma sədri: “Lill Universitetinin müəllimlərinin işğal olunmuş ərazilərimiz haqqında məlumatsız olmaları onlar üçün utancvericidir”“Fransanın Lill Universitetinin müəllim və professor heyətinin işğal olunmuş ərazilərimizə səfər edən zaman gedəcəkləri yer barədə məlumatsız olmaları elm adamları üçün utancvericidir”.
“Fransanın Lill Universitetinin müəllim və professor heyətinin işğal olunmuş ərazilərimizə səfər edən zaman gedəcəkləri yer barədə məlumatsız olmaları elm adamları üçün utancvericidir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib.
O bildirib ki, əgər fransalı müəllimlər Azərbaycanın işğal olunmuş ərazilərinə bilərəkdən gediblərsə, o zaman Fransa dövlətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyinə zidd olan addım atıblar. Çünki Fransa Azərbaycan dövlətinin ərazi bütövlüyünü, suverenliyini tanıyır.
“Biz "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" olaraq Lill Universitetinin müəllim və professor heyətinin Dağlıq Qarabağa qanunsuz səfərini pisləyirik və qınayırıq. Nəzərə alsaq ki, Lill Universiteti qədim və zəngin ənənələrə malik, nanotexnologiyalar və yüksək texnologiyalar üzrə ixtisaslaşmış bir universitetdir. O zaman necə olur ki, bu universitetin əməkdaşları, müəllimləri Azərbaycanın işğal olumuş ərazilərinə getməmişdən əvvəl o yerlər haqqında məlumat toplamayıblar? Necə olur ki, onlar Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu və həmin o bölgənin Ermənistan tərəfindən işğal olunduğu faktını öyrənməyiblər? Bu, bizi çox məyus edir. Xüsusilə də, bu beynəlxalq hüquqa hörmətsizlikdir. Eyni zamanda erməni təcavüzü nəticəsində oradan qovulmuş azərbaycanlılara və həlak olmuş azərbaycanlıların ruhuna qarşı təhqir hesab edirik”, - T.Gəncəliyev qeyd edib.