Tunisin XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir"

Tunisin XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir" Strasburq. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməlidirlər.
Qarabağ
110
9 Oktyabr , 2018 18:46
Tunisin XİN başçısı: Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir

Strasburq. 9 oktyabr. REPORT.AZ/ "Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməlidirlər". 

“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, bunu Tunisin xarici işlər naziri Xamis əl-Cihinavi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bügünkü iclası zamanı azərbaycanlı deputat Rəfael Hüseynovun sualına cavab olaraq bildirib.

“Tunis BMT-nin sənədləri ilə üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri yerinə yetirməyə hazırdır. Lakin Tunisin mövqeyi ondan ibarətdir ki, ölkələr problemlərini öz aralarında həll etməlidirlər. Tunis digər ölkələrin özünün daxili məsələlərinə qarışmasına imkan vermədiyi kimi, özü də digər ölkələrin daxili məsələlərinə qarışmır. Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini öz aralarında sülh yolu ilə həll etməlidirlər”, - o deyib. 

Qeyd edək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayıb.

Son xəbərlər

Orphus sistemi