Tovuz döyüşlərində şəhid olan hərbçilər anılıb

Tovuz döyüşlərində şəhid olan hərbçilər anılıb Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbi qulluqçuların anım mərasimləri keçirilib.
Qarabağ
23 Avqust , 2020 13:04
Tovuz döyüşlərində şəhid olan hərbçilər anılıb

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbi qulluqçuların anım mərasimləri keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin tapşırığına əsasən nazirliyin bir qrup hərbi qulluqçusu general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər şəhidlərin məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrini  ehtiramla yad edib və onların ailə üzvlərinə nazirliyin rəhbərliyi adından bir daha başsağlığı çatdırıblar.

Müxtəlif bölgələrdə keçirilən anım mərasimlərində şəhidlərin ailə üzvləri, xidmət yoldaşları, yerli icra hakimiyyəti, dövlət strukturları, ictimai təşkilatların nümayəndələri və veteranlar iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi