Tomas Mayda: “Azərbaycan Şəhərsalma Forumu təcrübə mübadiləsinə şərait yaradır”

Tomas Mayda: “Azərbaycan Şəhərsalma Forumu təcrübə mübadiləsinə şərait yaradır” “Birinci Azərbaycan Milli Şəhərsalma Forumu bu sahənin mütəxəssislərinin təcrübə mübadiləsi aparmasına şərait yaradır”.
Qarabağ
6 Oktyabr , 2022 16:31
Tomas Mayda: “Azərbaycan Şəhərsalma Forumu təcrübə mübadiləsinə şərait yaradır”

“Birinci Azərbaycan Milli Şəhərsalma Forumu bu sahənin mütəxəssislərinin təcrübə mübadiləsi aparmasına şərait yaradır”.

Bunu "Report"a Polşa Şəhərsalma Mütəxəssisləri Cəmiyyətinin rəhbəri Tomas Mayda bildirib.

“Forumda çoxlu sayda ölkədən ekspertlər iştirak edir və bu, yeni layihələrin həyata keçirilməsi üçün əla fürsət ola bilər”, -  o əlavə edib.

Onun sözlərinə görə, forumun Ağdamda keçirilən ilk günündə iştirakçılar bütün dağıntıları gözləri ilə görüblər: "Dağıntıların miqyası böyükdür və bu, böyük itkidir. Bu əraziləri bərpa etmək üçün prioritetləri müəyyənləşdirmək lazımdır”.

Forumun təşkilatçıları Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və ADA Universitetidir.

Son xəbərlər

Orphus sistemi