Tərtərdə Xocalı soyqırımı ilə əlaqədar ümumrayon yürüşü keçirilib

Tərtərdə Xocalı soyqırımı ilə əlaqədar ümumrayon yürüşü keçirilib Tərtər. 26 fevral. REPORT.AZ/ Tərtər rayonunda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumrayon yürüşü keçirilib.
Qarabağ
26 Fevral , 2019 14:39
Tərtərdə Xocalı soyqırımı ilə əlaqədar ümumrayon yürüşü keçirilib

Tərtər. 26 fevral. REPORT.AZ/ Tərtər rayonunda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumrayon yürüşü keçirilib.

"Report"un Qarabağ Mərkəzinin məlumata görə, minlərlə sakinin iştirak etdiyi yürüş Şəhidlər abidəsinədək davam edib. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, Xocalıdan olan məcburi köçkünlər, N saylı hərbi hissənin əsgər və zabitləri abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Xocalıda həlak olanların ruhuna dualar oxunub. Eyni zamanda tədbir iştirakçıları məktəblilərin əl işlərindən mövzunu əks etdirən rəsm sərgisi ilə tanış olublar. 

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından danışıb, gənclərə tariximizi dərindən öyrənməyi, xalqımızın başına gətirilən faciələri heç vaxt yaddan çıxarmamağı tövsiyə edib.

Sonda rayon məktəbliləri arasında “Xocalı - əsrin faciəsidir” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin qaliblərinə fəxri fərmanlar verilib, Tərtər rayon Mədəniyyət Mərkəzinin hazırladığı Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tədbirdən sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb, onlara ərzaq yardımı göstərilib. 

Son xəbərlər

Orphus sistemi