Atəşə məruz qalan Tərtər sakinləri öz yurdlarını bir an da tərk etmirlər

Atəşə məruz qalan Tərtər sakinləri öz yurdlarını bir an da tərk etmirlər Ermənistən silahlı qüvvələrinin bölmələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq ötən gecə - oktyabrın 17-də Tərtər rayon ərazisini növbəti dəfə atəşə tutub.
Qarabağ
5507
18 Oktyabr , 2020 22:45
Atəşə məruz qalan Tərtər sakinləri öz yurdlarını bir an da tərk etmirlər

Ermənistən silahlı qüvvələrinin bölmələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq ötən gecə Tərtər rayonunu növbəti dəfə atəşə tutub.

“Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, sentyabrın 27-dən oktyabrın 17-dək düşmən tərəfindən rayon ərazisinə ümumilkdə 13 mindən çox top mərmisi atıb. Nəticədə 14 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb. Bununla yanaşı, yüzlərlə evə ziyan dəyib, 120-yə yaxın ev və onlarla yardımçı tikili tamamilə dağıdılıb.

Rayon sakinləri bütün bunlara baxmayaraq öz evlərini bir an da tərk etmədən düşmənə meydan oxuyurlar. Onlar bildirirlər ki, doğma ata-baba yurdlarından heç yerə getməyəcəklər.

Son xəbərlər

Orphus sistemi