Tələbə adı qazanan şəhid ailəsi üzvü və qazilərə ödənilən vəsaitin miqdarı açıqlanıb

Tələbə adı qazanan şəhid ailəsi üzvü və qazilərə ödənilən vəsaitin miqdarı açıqlanıb Bu il “YAŞAT” Fondu tərəfindən birdəfəlik ödənişlərin verildiyi ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailəsi üzvlərinin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların sayı məlum olub.
Qarabağ
413
30 Noyabr , 2021 13:27
Tələbə adı qazanan şəhid ailəsi üzvü və qazilərə ödənilən vəsaitin miqdarı açıqlanıb

Bu il ali məktəblərə qəbul olunan və “YAŞAT” Fondu tərəfindən birdəfəlik ödənişlərin verildiyi şəhid ailəsi üzvlərinin və qazilərin sayı məlum olub.

Fonddan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə ümumilikdə 54 min manat xərclənib.

Belə ki, indiyədək 27 şəxsin hər birinə 2000 manat vəsait köçürülüb. Onlardan 17-si şəhid ailələrinin üzvü, 10-u isə qazidir.

Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunan hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 manat təsis edilib.

Son xəbərlər

Orphus sistemi