Təhlükəsizlik Şurasının katibi: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc və mərhələli həllinə sadiqdir"

Təhlükəsizlik Şurasının katibi: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc və mərhələli həllinə sadiqdir" Bakı. 6 iyul. REPORT.AZ/ Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və mərhələli həllinə sadiqdir.
Qarabağ
6 İyul , 2018 18:19
Təhlükəsizlik Şurasının katibi: Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc və mərhələli həllinə sadiqdir

Bakı. 6 iyul. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və mərhələli həllinə sadiqdir". 

"Report"un məlumatına görə, bunu Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib.

"Görüşdə regionda sabitliyin tərəfdarı olan Rusiyanın Dağlıq Qarabağ probleminin bütün tərəflərin maraqları nəzərə alınmaqla sülh yolu və mərhələli həllinə dair mövqeyi bir daha təsdiqlənib", - Rusiya Təhlükəsizlik Şurasının bəyanatında qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi