Bakı. 10 aprel. REPORT.AZ/ “Biz Ermənistana qarşı daha da fəal mübarizə aparmalıyıq və aparırıq. Onları beynəlxalq, regional layihələrdən təcrid etmişik. Onların rəsmi statistik məlumatlarına görə, əhalinin 30 faizi yoxsulluq, səfalət içərisində yaşayır. Lakin real rəqəmlər 50-60 faizdir. Onların rəsmi məlumatlarına görə, ölkədən hər il 60-70 min insan həmişəlik xaricə köçür. Lakin bizdə olan məlumatlar onu göstərir ki, bu rəqəm əslində 100 minə yaxındır. Yəni, bir neçə ildən sonra artıq Ermənistanda, tarixi Azərbaycan torpaqlarında yaradılan bu dövlətdə erməni əhalisi qalmayacaq”. “Report”un xəbərinə görə, bunu aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti
“Mən bunu dəfələrlə demişəm ki, bizim cəmiyyət, xüsusən gənc nəsil bunu unutmamalıdır: Ermənistan tarixi Azərbaycan torpaqlarının üzərində qurulub. Bu, bizim tarixi, dədə-baba torpaqlarımızdır. Bütün toponimlərə, XX əsrin əvvəllərində Çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir ki, bunu görəsən. Ortada bir dənə də olsun erməni toponimi tapmaq mümkün deyil”, - Azərbaycan Prezidenti vurğulayıb.
Dövlət başçısı bildirib ki, indiki Ermənistanın 80 faizinin bütün kəndləri Azərbaycan mənşəli adları daşıyır: “Bu, bizim tarixi topraqlarımızdır. Biz mütləq bu torpaqlara qayıdacağıq, başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və biz bu hədəfə çatmaq üçün çalışırıq və çalışacağıq”.