Taras Kuzio: "Ağdam Cənubi Qafqazın “Hiroşima”sıdır"

Taras Kuzio: "Ağdam Cənubi Qafqazın “Hiroşima”sıdır" “Əvvəllər işğal altında olmuş bu bölgədə bir dənə də olsun pəncərə, qapı və ya dam tapa bilməzsiniz”
Qarabağ
15 Aprel , 2021 14:38
Taras Kuzio: Ağdam Cənubi Qafqazın “Hiroşima”sıdır

“Cənubi Qafqazın “Hiroşima”sı, Qarabağın Ağdam şəhəri 27 illik erməni işğalı zamanı tamamilə talan edilib və dağıdılıb”.

“Report” xəbər verir ki, bunu Ukraynanın “Kiyev-Mohıla Akademiyası” Milli Universitetinin professoru Taras Kuzio tvitter səhifəsində yazıb.

“Əvvəllər işğal altında olmuş bu bölgədə indi nə pəncərə, nə qapı, nə də dam tapa bilməzsiniz”, - o deyib.

Xatırladaq ki, Taras Kuzio ADA Universitetinin aprelin 13-də təşkil etdiyi “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransında iştirak edib.

Son xəbərlər

Orphus sistemi