Tanınmış səyahətçilər Ağdamda minatəmizləmə prosesi ilə tanış olublar

Tanınmış səyahətçilər Ağdamda minatəmizləmə prosesi ilə tanış olublar Azərbaycanda səfərdə olan bir qrup tanınmış səyahətçi işğaldan azad edilmiş Ağdamda minatəmizləmə prosesi ilə tanış olub.
Qarabağ
27 Sentyabr , 2021 12:52
Tanınmış səyahətçilər Ağdamda minatəmizləmə prosesi ilə tanış olublar

Azərbaycanda səfərdə olan bir qrup tanınmış səyahətçi işğaldan azad edilmiş Ağdamda minatəmizləmə prosesi ilə tanış olub.

“Report” xəbər verir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) region üzrə əməliyyat meneceri Ehtiram Cəfərov ərazinin minalardan təmizlənməsi, həmçinin aşkar edilmiş mina və hərbi sursatın zərərsizləşdirilməsi prosesinin necə həyata keçirildiyi barədə onlara məlumat verib.

Onun sözlərinə görə, hazırda əsas məqsəd yolların və əsas nəqliyyat infrastrukturunun minalardan təmizlənməsidir: “Hazırda dəmir yolu sahəsinin minalardan təmizlənməsi həyata keçirilir. Təmizlənmiş 2 km-lik ərazidə 40-dan çox mina aşkar edilib. Təkcə yollarda 100-dən çox mina aşkar edilib”.

O, Ermənistanın təhvil verdiyi mina xəritələrinə əsasən Ağdam rayonu ərazisində 97 min minanın basdırılmış olduğunu deyib.

Xatırladaq ki, sentyabrın 27-də Füzuli Beynəlxalq Hava Limanına ilk sınaq kommersiya uçuşu baş tutub. Tanınmış beynəlxalq səyahətçilər sınaq uçuşu ilə Füzuliyə təşrif buyurublar. Füzuli hava limanından sonra onlar Ağdama və Şuşaya səfər edəcəklər.

Son xəbərlər

Orphus sistemi