Amerikalı səyahətçi: "Füzuli hava limanı məndə yüksək təəssürat oyatdı"

Amerikalı səyahətçi: "Füzuli hava limanı məndə yüksək təəssürat oyatdı" “Füzuli Beynəlxalq Hava Limanı məndə yüksək təəssürat oyatdı. Heç yerdə belə bir dizayn görməmişəm”.
Qarabağ
124
27 Sentyabr , 2021 10:01
Amerikalı səyahətçi: Füzuli hava limanı məndə yüksək təəssürat oyatdı
Don Perriş

“Füzuli Beynəlxalq Hava Limanı məndə yüksək təəssürat oyatdı. Heç yerdə belə bir dizayn görməmişəm”.

Bunu “Report”a tanınmış amerikalı səyahətçi Con Perriş bildirib.

“Bu, ilk baxışdan məndə yüksək təəssürat oyatdı. Əminəm ki, hava limanının daxili də eyni dərəcədə gözəldir”, - o deyib.

Tanınmış səyahətçi Bakı hava limanına heyranlığını da gizlətməyib.

Con Perriş dünyanın ən fəal səyahətçisidir. O indiyədək dünyanın 193 ölkəsində 852 məkana səfər edib.

Xatırladaq ki, sentyabrın 27-də Füzuli Beynəlxalq Hava Limanına ilk sınaq kommersiya uçuşu baş tutub. Tanınmış beynəlxalq səyahətçilər sınaq uçuşu ilə Füzuliyə təşrif buyurublar. Füzuli hava limanından sonra onlar Ağdama və Şuşaya səfər edəcəklər.

Son xəbərlər

Orphus sistemi