Səfir: "Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin görüşü oktyabr ayına planşadırılır"

Səfir: "Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin görüşü oktyabr ayına planşadırılır" Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər
Qarabağ
12 Sentyabr , 2014 14:29
Səfir: Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin görüşü oktyabr ayına planşadırılır

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Azərbaycan, Ermənistan və Fransa prezidentləri İlham Əliyev, Serj Sarqsyan və Fransua Ollandın  Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görüşü oktyabr ayının sonunda Parisdə keçiriləcək". Bu barədə Report-a Fransanın Azərbaycandakı səfiri Paskal Monye bildirib. 

Səfirin sözlərinə görə, görüşün dəqiq tarixi hələ məlum deyil. Hazırda diplomatik kanallarla görüş tarixi razılaşdırılır. "Bu, prezidentlərin qrafikindən asılı olacaq" - deyə, P.Monye bildirib. 

Qeyd edək ki, Azrəbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanın son görüşü sentyabr ayının 4-də ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə keçirilib. 

Daha əvvəl, avqust ayının 9-da qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar İlham Əliyev və Serj Sarqsyan Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşüblər. 

Son xəbərlər

Orphus sistemi