Şuşada TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb - YENİLƏNİB

Şuşada TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb - YENİLƏNİB Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsinin imzalanması mərasimi keçirilir.
Qarabağ
20 Oktyabr , 2022 12:04
Şuşada TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb - YENİLƏNİB

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, sənədi TDT-nin Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev imzalayıblar.

11:51

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsinin imzalanması mərasimi keçirilir.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, imzalanma mərasimi başa çatandan sonra dini liderlər Birgə Bəyannamə qəbul edəcəklər.

Daha sonra onlar birgə mətbuat konfransı keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi