Şuşa fatehlərindən olan şəhid Qaxda dəfn edilib

Şuşa fatehlərindən olan şəhid Qaxda dəfn edilib Şəhid olan baş leytenant Ağayev Asəf Abid oğlu doğulduğu Qax rayonunda dəfn olunub.
Qarabağ
18 Dekabr , 2020 18:21
Şuşa fatehlərindən olan şəhid Qaxda dəfn edilib

Şəhid olan baş leytenant Ağayev Asəf Abid oğlu doğulduğu Qax rayonunda dəfn olunub.

“Report”un Şimal-qərb bürosu xəbər verir ki, mərasimdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Asəf Ağayev rayondakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Asəf Ağayev 1993-cü ildə Qax şəhərində doğulub. O, 27 sentyabrda başlayan Vətən müharibəsində sonadək vuruşub. A.Ağayev əsasən Şuşa şəhərinin işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. O, dekabrın 17-də minaya düşərək şəhid olub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi