Sultan Hacıyev: “BMTİP ilə minatəmizləmə üzrə birgə layihə tərəfdaşlığımızın möhkəmlənməsinin sübutudur”

Sultan Hacıyev: “BMTİP ilə minatəmizləmə üzrə birgə layihə tərəfdaşlığımızın möhkəmlənməsinin sübutudur” Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə minatəmizləmə üzrə həyata keçirdiyi birgə layihə Azərbaycanın bu beynəlxalq strukturla tərəfdaşlığının möhkəmləndiyini sübut edir.
Qarabağ
7 Fevral , 2023 13:52
Sultan Hacıyev: “BMTİP ilə minatəmizləmə üzrə birgə layihə tərəfdaşlığımızın möhkəmlənməsinin sübutudur”

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə minatəmizləmə üzrə həyata keçirdiyi birgə layihə Azərbaycanın bu beynəlxalq strukturla tərəfdaşlığının möhkəmləndiyini sübut edir.

"Report" xəbər verir ki, bunu İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbər müavini Sultan Hacıyev BMT-nin İnkişaf Proqramının (BMTİP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Şuşada minatəmizləmə mövzusunda keçirilən konfransda deyib.

“Azərbaycan minatəmizləmə prosesini Qarabağ regionunun inkişafının tərkib hissəsi hesab edir", - o bildirib.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin sürətlə getdiyini, hökumətin bunun üçün milli səviyyədə resurslardan və potensialından istifadə etdiyini nəzərə çatdıran S.Hacıyev ANAMA-nın tam funksional və səmərəli struktur olduğunu əlavə edib.

“Azərbaycan bu əraziləri bərpa etmək, bir vaxtlar burada yaşamış, lakin 30 il ərzində öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmış şəxslərin hamısının buraya qayıtmasını təmin etmək əzmindədir”, - o vurğulayıb.

Sonda Sultan Hacıyev bu prosesdə göstərdikləri köməyə görə beynəlxalq tərəfdaşlara təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi