Rusiya Federasiya Şurasının sədri: "Azərbaycanda da, Ermənistanda da insanlar sülh istəyir"

Rusiya Federasiya Şurasının sədri: "Azərbaycanda da, Ermənistanda da insanlar sülh istəyir" Dağlıq Qarabağ münaqişəsinin tərəfləri məsələni həll etməyin səmərəli yolunu tapmaq üçün təmkinli olmalıdırlar.
Qarabağ
21 Noyabr , 2019 16:43
Rusiya Federasiya Şurasının sədri: Azərbaycanda da, Ermənistanda da insanlar sülh istəyir

"Dağlıq Qarabağ münaqişəsinin tərəfləri məsələni həll etməyin səmərəli yolunu tapmaq üçün təmkinli olmalıdırlar".

“Report” TASS-a istinadən xəbər verir ki, bu fikri Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının tədbirləri çərçivəsində Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşü zamanı Rusiya Federasiya Şurasının sədri xanım Valentina Matviyenko bildirib.

O, ATƏT xəttilə fəaliyyət göstərərək münaqişənin həllinə dəstək verdiklərini qeyd edib: “Hazırda regionda sakitlikdir, amma Dağlıq Qarabağ məsələsinin həlli yolunun tapılması üçün əlverişli ab-hava yaratmaqla uyuşmayan bəyanatlar bizi narahat edir. Fikrimcə, güzəştə nail olaraq irəliləmək üçün daha təmkinli olmaq lazımdır. Çünki Ermənistanda da, Azərbaycanda da insanlar inkişaf üçün sülh və normal həyat istəyirlər. Səmərəli vasitəçilik üçün əlimizdən gələni edəcəyik”.

Son xəbərlər

Orphus sistemi