Süleymanpur: “ECO Azərbaycanın haqq mübarizəsində rəsmi Bakını dəstəkləyir”

Süleymanpur: “ECO Azərbaycanın haqq mübarizəsində rəsmi Bakını dəstəkləyir” “Ümid edirik ki, Azərbaycan beynəlxalq qanunlar çərçivəsində öz hüquqlarını bərpa edəcək və müharibə tezliklə bitəcək”
Qarabağ
28 Oktyabr , 2020 13:11
Süleymanpur: “ECO Azərbaycanın haqq mübarizəsində rəsmi Bakını dəstəkləyir”

“Cəbhədə baş verən döyüşlər nəticəsində Azərbaycan tərəfinin itkilər verməsindən çox böyük təəssüf hissi keçiririk”.

“Report” xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Hadi Süleymanpur Bakı Beynəlxalq Enerji Xartiyası Forumunun onlayn konfransında çıxışı zamanı deyib.

H.Süleymanpur qeyd edib ki, onun ölkəsi və təmsil etdiyi təşkilat Azərbaycanın haqq mübarizəsində rəsmi Bakını dəstəkləyir:

“Ümid edirik ki, Azərbaycan beynəlxalq qanunlar çərçivəsində öz hüquqlarını bərpa edəcək və müharibə tezliklə bitəcək”.

Məruzəçi həmçinin qeyd edib ki, Foruma üzv ölkələrində bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin həcminin artırılması üçün də səyləri artırmağa ehtiyac var.

Son xəbərlər

Orphus sistemi