Partiya sədrləri Ağdamda ermənilərin dağıtdıqları Şəhidlər xiyabanını ziyarət ediblər

Partiya sədrləri Ağdamda ermənilərin dağıtdıqları Şəhidlər xiyabanını ziyarət ediblər Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, siyasi partiyaların rəhbərləri və bir sıra politoloqların işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil olunub
Qarabağ
17 Mart , 2021 14:17
Partiya sədrləri Ağdamda ermənilərin dağıtdıqları Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, siyasi partiyaların rəhbərləri və bir sıra politoloqların işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil olunub.

"Report" xəbər verir ki, siyasi partiya rəhbərləri və politoloqlar əvvəlcə rayonun Yuxarı Qərvənd kəndində Kümbəz restoranının hazırkı vəziyyəti ilə tanış olub, Uzundərə ərazisində yerləşən, işğal zamanı erməni vandallarının dağıtdıqları İkinci Şəhidlər xiyabanının dağıntılarına baxıblar.

Bildirilib ki, vaxtilə burada 1000-dən çox şəhid dəfn edilib. Lakin indi həmin məzarlıqdan əsər-əlamət qalmayıb.

Yolboyu hərbi istehkamların olduğu ərazilərlə tanış olan səfər iştirakçılarına həmin qurğuların mürəkkəbliyi barədə məlumat verilib.

Qeyd edək ki, nümayəndə heyətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir.

Səfər davam edir.

Son xəbərlər

Orphus sistemi