Bakı. 16 mart. REPORT.AZ/ "Dünya ictimaiyyəti bu gün Suriya və Dağlıq Qarabağ məsələlərində öz acizliyini nümayiş etdirir".
"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının şahzadəsi, Kral Faysal adına İslam Araşdırmaları Mərkəzinin sədri Turki əl-Faysal V Qlobal Bakı Forumunda deyib.
Onun sözlərinə görə, Rusiya və ABŞ münaqişələrin həllinə maneə törətmək üçün qəsdən regionlarda problemlər yaradırlar.
Turki əl-Faysal BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin dəyişdirilməsinin, dünya siyasətinə yanaşmalarını, dünyanı anlama formasını dəyişdirməsinin zəruriliyini söyləyib.
"Fələstin torpaqları və Dağlıq Qarabağın işğalının dayandırılması haqqında qətnamələrin yerinə yetirilməsinə maneə yaradılmamalıdır", - şahzadəsi vurğulayıb.