"Sərhədlərimizdə qaldırılan bayrağımız bir daha enməyəcək"

"Sərhədlərimizdə qaldırılan bayrağımız bir daha enməyəcək" İşğaldan azad olunmuş sərhəd zastavaları üzərində Azərbaycanın dövlət bayrağı dalğalanır.
Qarabağ
7 Yanvar , 2021 14:27
Sərhədlərimizdə qaldırılan bayrağımız bir daha enməyəcək

İşğaldan azad olunmuş sərhəd zastavaları üzərində Azərbaycanın dövlət bayrağı dalğalanır.

"Report"un çəkiliş qrupunun da iştirak etdiyi Dövlət sərhəd xidmətinin sərhəd qoşunlarının "Horadiz" sərhəd dəstəsinin "Bartaz" sərhəd zastavasının açılış mərasimi olub.

Çox sevindirici haldır ki bir vaxtlar mənfur düşmənlərimiz tərəfindən işğal altında olan torpaqlarımızda artıq üç rəngli bayrağımız dalğalanır. Elə bu zastavada da Azərbaycan sərhədçidi tərəfindən qaldırılan bayrağımız hər birimizin sevincinə səbəb oldu. Sərhədçilərlə söhbətimizdə onlar sərhədlərimizin etibarlı mühafizəsini təmin edəcəklərini, bərpa olunmuş müqəddəs sərhədlərimizin bir daha yağı düşmən tərəfindən tapdalanmasına imkan verməyəcələrinə əmin etdilər.

Qeyd edək ki, Vətən müharibəsi zamanı Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi azad edilib, o cümlədən 24 saat ərzində 105 km məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirilib.

Son xəbərlər

Orphus sistemi