Bakı. 22 yanvar. REPORT.AZ/ Yanvarın 22-i gündüz saatlarında Azərbaycan və Ermənistanın dövlət sərhədində düşmənə məxsus PUA məhv edilib.
"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.
