Sergey Markov: "Monte Melkonyanın xatirə gecəsini keçirmək Rusiya ictimaiyyətini də hiddətləndirib"

Sergey Markov: "Monte Melkonyanın xatirə gecəsini keçirmək Rusiya ictimaiyyətini də hiddətləndirib" “Monte Melkonyan kimi şəxslərin xatirə gecəsini keçirmək qətiyyən yolverilməzdir. Bundan nəinki Azərbaycan, elə Rusiya ictimaiyyəti də hiddətlənib. Bildiyimiz kimi, Monte Melkonyan terror hücumlarının hazırlaması və həyata keçirməsi ilə tarixə düşüb. Bu t
Qarabağ
346
12 İyun , 2021 16:25
Sergey Markov: Monte Melkonyanın xatirə gecəsini keçirmək Rusiya ictimaiyyətini də hiddətləndirib
Sergey Markov

“Monte Melkonyan kimi şəxslərin xatirə gecəsini keçirmək qətiyyən yolverilməzdir. Bundan nəinki Azərbaycan, elə Rusiya ictimaiyyəti də hiddətlənib. Bildiyimiz kimi, Monte Melkonyan terror hücumlarının hazırlaması və həyata keçirməsi ilə tarixə düşüb. Bu tədbir ləğv edilməli, təşkilatçıları barəsində də hüquq mühafizə qurumları tərəfindən müvafiq tədbirlər görülməli, cinayət işi başlanmalıdır”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq Sergey Markov Rusiya Erməniləri İttifaqının təşkil etdiyi Monte Melkonyanın xatirə gecəsinə münasibət bildirərkən deyib.

Ekspertin qənaətincə, bu sayaq tədbirlərin qarşısı alınmasa, gələcəkdə xalqlar arasındakı gərginlik daha da artacaq: “Tərəflərdən biri mülki əhaliyə qarşı kütləvi zorakılıqda əli olan şəxsin xatirəsinə ehtiram göstərirsə, bu vəziyyət qalan tərəflərin, yəni Azərbaycanın, Rusiyanın, yaxud başqa ölkələrin şübhələnməsinə səbəb olur. Ermənistan tərəfi öz addımları ilə kütləvi zorakılığı, terror hücumlarını tərənnüm edərək bu kimi əməllərin davam etdirilməsinə rəvac verir. Bu da zorakılıq çəmbərini daha da genişləndirmək deməkdir ki, buna yol vermək olmaz”.

Son xəbərlər

Orphus sistemi