Bakı. 8 aprel. REPORT.AZ/ MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsi zonasında yaranan vəziyyət müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə MDB-nin icra katibi Sergey Lebedev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya XİN başçısı Sergey Lavrov iclasda Bakıda bu problemlə bağlı keçirilən görüşlərinin nəticələri haqqında məruzə edib: "Bundan başqa, Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Edvard Nalbandyan bu məsələylə bağlı mövqelərini bildiriblər".
S.Lebedev əlavə edib ki, bütün MDB ölkələri hərbi əməliyyatların dayandırılmasından məmnunluğunu ifadə ediblər: "Biz vəziyyətə görə çox narahatıq. Hər kəs tərəflərin sülh danışıqlarına qayıtmasını istəyib. Problem mürəkkəbdir və biz ümid edirik ki, MDB XİN başçılarının Azərbaycan və Ermənistandan olan həmkarlarına müraciətləri həyata keçiriləcək".