Sergey Lavrov iordaniyalı nazirlə Qarabağı müzakirə edib

Sergey Lavrov iordaniyalı nazirlə Qarabağı müzakirə edib Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İordaniya Haşimilər Krallığının xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında telefon danışığı baş tutub.
Qarabağ
23 Noyabr , 2020 21:36
Sergey Lavrov iordaniyalı nazirlə Qarabağı müzakirə edib
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İordaniya Haşimilər Krallığının xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında telefon danışığı baş tutub.

Bu barədə “Report” Rusiya XİN-ə istinadən məlumat verir.

Nazirlər arasında bölgədəki son vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və iki ölkə arasında mövcud münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər habelə Suriya, İsrail - Fələstin arasındakı münasibətlər daxil olmaqla qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi