Serbiya televiziyasında Xocalı faciəsi ilə bağlı məlumat yayımlanıb - VİDEO

Serbiya televiziyasında Xocalı faciəsi ilə bağlı məlumat yayımlanıb - VİDEO Serbiyanın “Studio B” televiziyasında canlı yayımda Xocalı faciəsi ilə bağlı məlumat yayımlanıb
Qarabağ
106
27 Fevral , 2016 21:34
Serbiya televiziyasında Xocalı faciəsi ilə bağlı məlumat yayımlanıb - VİDEO

Bakı. 27 fevral. REPORT.AZ/ Serbiyanın “Studio B” televiziyasında canlı yayımda Xocalı faciəsi ilə bağlı məlumat yayımlanıb.

Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata görə, canlı yayımda qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri sovet ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə Xocalını işğal edib və 613 nəfər dinc əhalini xüsusi qəddarlıqda öldürüblər, 1275 nəfəri isə girov götürüblər.

Bildirilib ki, Azərbaycan xalqı hər il bir dəqiqəlik sükutla Xocalı qurbanlarının xatirəsini anaraq, Bakı şəhərində ucaldılmış “Ana harayı” abidəsi önünə gül dəstələri düzürlər.

Verilişdə o da bildirilib ki, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiya mədəniyyət xadimlərinin işbirliyi nəticəsində Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş videoçarx hazırlanib. Videoçarxda serbiyalı opera ifaçısı Nataşa Yoviç Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad Universitetinin İncəsənət Akademiyasının professoru Zərifə Əlizadənin müşayiəti ilə fortepianoda Xocalı soyqırımın qurbanlarına həsr olunan “Elegiya” mahnısını ifa edib.

Son xəbərlər

Orphus sistemi