Separatçıların "administrasiyası" Ermənistana "köçürüldü"

Separatçıların "administrasiyası" Ermənistana "köçürüldü" Dağlıq Qarabağdakı qondarma “respublikanın” administrasiyası Yerevana köçürülüb.
Qarabağ
12841
4 Noyabr , 2020 17:21
Separatçıların administrasiyası Ermənistana köçürüldü
0 : 00
0 : 00

Dağlıq Qarabağdakı qondarma “respublikanın” administrasiyası Yerevana köçürülüb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə separatçıların başçıları bildirib.

Qeyd olunub ki, onlar “fəaliyyətini” Ermənistan Respublikasında “davam etdirəcək”.

Separatçılar qeyd edib ki, Qarabağdan Ermənistana köçən erməni icmasının bütün sosial, yaşayış problemləri ilə Yerevandakı qərargah məşğul olacaq.

Bu bildiriş Qarabağda erməni mülki sakinlərin qalmadığını deməyə əsas verir.

Son xəbərlər

Orphus sistemi