Şəhid tələbə haqqında kitab çap olunub

Şəhid tələbə haqqında kitab çap olunub Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq nünasibətlər və regionşünaslıq fakültəsinin almanşünaslıq üzrə tələbəsi Elvin Bayramov Vətən Müharibəsində şəhid olub.
Qarabağ
21 Yanvar , 2021 17:11
Şəhid tələbə haqqında kitab çap olunub

Vətən müharibəsində şəhid olmuş Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq nünasibətlər və regionşünaslıq fakültəsinin almanşünaslıq üzrə tələbəsi Elvin Bayramovun xatirəsinə həsr olunan “Qısa ömrün əbədi dastanı” adlı kitab çap olunub.

Bu barədə "Report"a ADU-nun Mətbuat xidmətindən məlumat verilib.

Kitab universitetin Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyevanın təşəbbüsü ilə çap edilib.

Nəşrdə şəhidin müəllimlərinin, tələbələrin, ailə üzvləri və dostlarının yazıları toplanıb.

Sevdagül Əliyeva bildirib ki, onlayn təşkil olunan “dəyirmi masa”da kitabın təqdimatı keçirilib.

Kitabda Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli, Regionşünaslıq kafedrasının müəllimləri - Sevdagül Əliyeva, Səbinə Muradova, Aygün Soltanzadə, Beynəlxalq münasibətlər kafedrasının müəllimləri - Samirə İmanova, Əli Mustafayev, Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimləri - Şəfəq Abdullayeva, Leyla Hacıyeva, Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Nigar Rəcəbova, fakültənin tyutoru Mehriban Qurbanova və başqalarının yazıları yer alıb.

Son xəbərlər

Orphus sistemi