Şəhid Rəşid Mehdiyevin təltif edildiyi medal ailəsinə təqdim olunub

Şəhid Rəşid Mehdiyevin təltif edildiyi medal ailəsinə təqdim olunub Mərasimdə baş leytenant Rəşid Mehdiyevin qısa, lakin şərəfli həyat yolundan danışılıb
Qarabağ
210
7 May , 2016 12:43
Şəhid Rəşid Mehdiyevin təltif edildiyi medal ailəsinə təqdim olunub

Salyan. 7 may. REPORT.AZ/ Şəhid Rəşid Mehdiyevin təltif edildiyi medal Salyanda yaşayan ailəsinə təqdim olunub.

“Report” xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Çıxış edənlər baş leytenant Rəşid Mehdiyevin qısa, lakin şərəfli həyat yolundan danışıblar. Bildirilib ki, o, hər zaman igidliyi və cəsurluğu ilə seçilib. Bu il aprelin 4-nə keçən gecə təmas xəttində erməni təxribatının qarşısını alarkən 26 yaşında şəhidlik zirvəsinə ucalıb. Tədbirdə o da bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri şəhidlərin qisasını alacaq. 

Rəşid Mehdiyevin ölümündən sonra təltif edildiyi "İgidliyə görə" medalı şəhidin anasına təqdim edilib.

Son xəbərlər

Orphus sistemi