Şəhid Orxan Yusubov dəfn olunub - YENİLƏNİB

Şəhid Orxan Yusubov dəfn olunub - YENİLƏNİB Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Orxan Yusubovun nəşi Gəncə şəhərinə gətirilib.
Qarabağ
4 İyun , 2021 14:28
Şəhid Orxan Yusubov dəfn olunub - YENİLƏNİB
0 : 00
0 : 00

Şəhid Orxan Yusubov dəfn olunub.

"Report"un xəbərinə görə, dəfn mərasimində şəhidin yaxınları, hərbçi yoldaşları, Gəncə şəhər ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

13:08

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Orxan Yusubovun nəşi Gəncə şəhərinə gətirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, nəşi ailəsinə təhvil verilən şəhidlə vida mərasimi başlayıb

Mərasimdə mərhumun yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, O.Yusubov 1992-ci ildə Gəncədə anadan olub. O, ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər O.Yusubov 8 aydır itkin düşmüşdü.

Son xəbərlər

Orphus sistemi