Şəhid kapitan Hətəmxan Quliyevin anım mərasimi keçirlib

Şəhid kapitan Hətəmxan Quliyevin anım mərasimi keçirlib Şəhid kapitan Hətəmxan Quliyevin anım mərasimi keçirlib
Qarabağ
541
24 Mart , 2022 16:22
Şəhid kapitan Hətəmxan Quliyevin anım mərasimi keçirlib

Azərbaycan Ordusunun kapitanı, Vətən müharibəsi şəhidi Hətəmxan Quliyevin anım mərasimi keçirlib.

“Report” xəbər verir ki, tədbirdə Abşeron və Nizami rayon icra hakimiyyətlərinin rəhbərliyi, şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə II Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub. Mərasim daha sonra şəhidin vaxtilə yaşadığı Saray qəsəbəsində yerləşən evində davam etdirilib. Şəhidin ailə üzvləri və yaxınları onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, 1990-cı il martın 24-də Sumqayıt şəhərində anadan olan H.Quliyev 1997-2006-cı illərdə Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə, 2006-2008-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (AAHM) bitirib.

H.Quliyev 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb.

O, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

H.Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda döyüşüb. O, oktyabrın 10-da düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, H.Quliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi