Səfir: "Şarl Mişel Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına çalışır"

Səfir: "Şarl Mişel Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına çalışır" Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan - Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.
Qarabağ
4 May , 2022 16:01
Səfir: Şarl Mişel Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına çalışır

"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir".

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko mətbuat konfransında bildirib.

“Aİ Şurasının prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan arasında sülhyaratma səylərini dəstəkləyir və bu təşəbbüsün son hədəfi regionda sülh və sabitliyi bərqərar etməkdir” – deyə səfir qeyd edib.

Onun dediyinə görə, azad olunmuş ərazilərdə minatəmizləmə işlərində ANAMA ilə əməkdaşlıq edən Avropa İttifaqı UNDP ilə birgə həmin istiqamətdəki layihələrə dəstək verir.

Son xəbərlər

Orphus sistemi