Bilal Hai: “Pakistan şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”

Bilal Hai: “Pakistan şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır” Səfir pakistanlı sahibkarların hazırda mümkün əməkdaşlıq formatı məsələlərini nəzərdən keçirdiyini vurğulayıb
Qarabağ
5 Fevral , 2021 12:57
Bilal Hai: “Pakistan şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”
Bilal Hai

“Pakistan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinə qoşulmaqdan çox məmnun olacaqlar”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Bilal Hai deyib.

Səfir pakistanlı sahibkarların hazırda mümkün əməkdaşlıq formatı məsələlərini nəzərdən keçirdiyini vurğulayıb.

Bundan əlavə, o, bu məsələnin Azərbaycanın xarici işlər nazirinin İslamabada səfəri zamanı da müzakirə olunduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi