Səfir: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Qarabağ münaqişəsinin tezliklə həll edilməsini vacib sayır"

Səfir: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Qarabağ münaqişəsinin tezliklə həll edilməsini vacib sayır" Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Vaşinqtonda keçirilən görüş ABŞ-ın həmsədr ölkə kimi yenidən məsələyə maraq göstərməsindən xəbər verir.
Qarabağ
8 İyul , 2019 12:23
Səfir: ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Qarabağ münaqişəsinin tezliklə həll edilməsini vacib sayır

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Vaşinqtonda keçirilən görüş ABŞ-ın həmsədr ölkə kimi yenidən məsələyə maraq göstərməsindən xəbər verir".

Bunu "Report"a Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov deyib.

"Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünün özü çox müsbət məqamdır. Çünki həmsədr ölkələrin hamısı münaqişənin tezliklə həll edilməsini vacib sayır. Hamı status-kvonun qəbuledilməz olduğunu anlayır və hamı münaqişənin sülh yolu ilə həll olunmasını istəyir. Bu, Vaşinqtondakı görüşün ən böyük nəticəsidir", - səfir bildirib.

Son xəbərlər

Orphus sistemi