​Səfir: Fransa hökuməti Dağlıq Qarabağın müstəqilliyini tanımır

​Səfir: Fransa hökuməti Dağlıq Qarabağın müstəqilliyini tanımır Fransa Dağlıq Qarabağda keçirilən "seçkilərələ" bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını dəstəkləyir
Qarabağ
108
5 May , 2015 11:46
​Səfir: Fransa hökuməti Dağlıq Qarabağın müstəqilliyini tanımır

Bakı. 5 may. REPORT.AZ/ "Fransa hökuməti Dağlıq Qarabağın müstəqilliyini və orada keçirilən "seçkiləri" tanımır". Bunu "Report"a Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.

"Bu "seçkilərlə" bağlı Minsk qrupu bəyanat verib və Fransa bu bəyanatı dəstəkləyir", - səfir deyib.

Mayın 3-də Azərbaycanın işğal olunan Dağlıq Qarabağ ərazisində separatçı rejimin nümayəndələri qondarma "parlament seçkiləri" keçiriblər.

Bununla əlaqədar ATƏT-in Minsk qrupu bəyanat yayıb. Orada qeyd olunur ki, "həmsədr dövlətlərdən heç biri, o cümlədən, başqa heç bir dövlət də Dağlıq Qarabağı müstəqil, suveren dövlət kimi tanımır".

Son xəbərlər

Orphus sistemi