"Azərbaycan torpaqları işğaldan azad olunmayanadək Ermənistanla barışıqdan söhbət gedə bilməz".
Bunu "Report"un Fransa bürosuna açıqlamasında Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa bildirib.
Onun sözlərinə görə, Türkiyə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğalı altındakı torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir: "Rəsmi Ankara bu gün də həmin mövqeyində qalır.
Səfir ATƏT-in Minsk qrupu həmsədrlərinin
İ.H.Musa vurğulayıb ki, Türkiyə Azərbaycanı yalnız Dağlıq Qarabağ məsələsində deyil, digər məsələlərdə də hər zaman dəstəkləyib və dəstəkləyir: "Türkiyənin iştirak etmədiyi beynəlxalq tədbirlərdə Azərbaycan onu müdafiə edir, mövqeyini qoruyur. Azərbaycan olmadığı təqdirdə, Türkiyə bu vəzifəni üzərinə götürür, onun mənafeyini, maraqlarını qoruyur. Hər iki ölkə tarixi, mədəni, qohumluq əlaqələrinə malikdir, eyni zamanda bu gün xüsusilə böyük və mühüm layihələrdə əməkdaşlıq edir".