​Səfir: Dağlıq Qarabağ münaqişəsində Fransanın mövqeyi dəyişməz qalır

​Səfir: Dağlıq Qarabağ münaqişəsində Fransanın mövqeyi dəyişməz qalır "Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır"
Qarabağ
103
21 Noyabr , 2014 19:54
​Səfir: Dağlıq Qarabağ münaqişəsində Fransanın mövqeyi dəyişməz qalır
Bakı. 21 noyabr. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsində Fransanın mövqeyi dəyişməz qalır, Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır. "Report"un məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Monye Dağlıq Qarabağın separatçı rejiminin başçısı Bako Saakyanın Fransaya səfərini şərh edərkən jurnalistlərə deyib. 

"Mənim Bako Saakyanın Parisdə olduğundan heç xəbərim yoxdur. Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır və onun mövqeyi dəyişməz qalır", - P.Monye bildirib. 

Qeyd edək ki, erməni KİV-nin məlumatına əsasən, B.Saakyan noyabrın 20-də Parisə "işgüzar səfər" edib.

Son xəbərlər

Orphus sistemi