Səfir: "Aİ minaların təmizlənməsi üçün Azərbaycana növbəti yardım paketini hazırlayır"

Səfir: "Aİ minaların təmizlənməsi üçün Azərbaycana növbəti yardım paketini hazırlayır" Avropa İttifaqı Azərbaycanı azad olunmuş ərazilərində minatəmizləmə məsələsində dəstəkləməyə davam edir və hazırda bu məsələdə yardımın növbəti zərfi hazırlanır.
Qarabağ
4 May , 2022 17:03
Səfir: Aİ minaların təmizlənməsi üçün Azərbaycana növbəti yardım paketini hazırlayır

"Avropa İttifaqı Azərbaycanı azad olunmuş ərazilərdə minatəmizləmə məsələsində dəstəkləməyə davam edir və bunun üçün yardımın növbəti paketi hazırlanır".

“Report” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko mətbuat konfransında bildirib.

“UNDP vasitəsilə ANAMA-nın minatəmizləmə fəaliyyətinə dəstək veririk. Hazırkı yardım paketi 2,5 milyon avrodur. ANAMA mina təhlükəsini aradan qaldırmaq üçün böyük səylər göstərir. Azərbaycan qarşısında çox böyük vəzifələr durur. Biz növbəti yardım paketini hazırlamaq üçün çalışırıq və bu məsələdə Azərbaycana bundan sonra da dəstək verəcəyik” – deyə diplomat qeyd edib.

Son xəbərlər

Orphus sistemi