Səfir: “Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - VİDEO

Səfir: “Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - VİDEO “Bu, böyük faciədir, çünki ailələr oğullarını itirir”
Qarabağ
10 Mart , 2017 16:06
Səfir: “Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - VİDEO

Qusar. 10 mart. REPORT.AZ/ "Ötən ilin iyun ayında Almaniyanın keçmiş xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycana səfər edib və bəyan edib ki, aprel ayındakı hadisələr göstərib ki, status-kvo vəziyyəti dəyişilməlidir. Almaniyanın mövqeyi ondan ibarətdir ki, bu münaqişə ilə bağlı ciddi danışıqlar aparılmalıdır".

Bunu "Report"un Şimal bürosuna açıqlamasında Qusar rayonunda səfərdə olan Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.

"Biz bunun üçün səylər göstəririk. Çox təəssüf ki, yenidən təmas xəttində baş verən hadisə zamanı yenə itkilər olub, cavan əsgərlər həlak olublar. Bu, böyük faciədir, çünki ailələr oğullarını itirir" -  M.Kindsqrab əlavə edib.

Səfir vurğulayıb ki, Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb: "Münaqişə sülh yolu ilə, Madrid prinsipləri əsasında həll olunmalıdır".

Son xəbərlər

Orphus sistemi