"Avropa İttifaqı (Aİ) ANAMA və Azərbaycanın minatəmizləmə fəaliyyətini dəstəkləyir".
“Report” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda bildirib.
O, Aİ-nin minatəmizləmə məsələlərində əvvəldən Azərbaycanın ən böyük tərəfdaşlarından biri olduğunu vurğulayıb.
Səfir Avropa İttifaqının bundan sonra da Dayanlıq İnkişaf Məqsədlərinin əldə edilməsində Azərbaycanla işləmək niyyətində olduğunu deyib: “Aİ minatəmizləmə işinə dəstək vermək üçün vəsait ayırmaqla BMT-nin agentlikləri ilə işləyir. Belə ki, indiyədək ANAMA-ya 2,5 milyon avro vəsait ayrılıb”.