​Səfir: "ABŞ təmas xəttində baş verən hadisələrə görə narahatdır"

​Səfir: "ABŞ təmas xəttində baş verən hadisələrə görə narahatdır" "Bəziləri Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab edirlər, lakin bu belə deyil"
Qarabağ
9 Oktyabr , 2015 13:21
​Səfir: ABŞ təmas xəttində baş verən hadisələrə görə narahatdır

Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrə görə narahatdır. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.

"Həmsədr Uorlikin də qeyd etdiyi kimi, bu cür hadisələr bizi çox narahat edir. ATƏT-in Minsk Qrupunun fəaliyyəti münaqişənin sülh yolu ilə həlli və vəziyyətin gərginləşməsinin qarşısının alınmasına yönəlib", - səfir bildirib.

"Bəziləri Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab edir, lakin bu belə deyil", - ABŞ səfiri qeyd edib. O, əlavə edib ki, vasitəçilər münaqişənin həlli yollarını tapmaq üçün tərəflərlə işləməkdə davam edir.

Jurnalistlərin suallarını cavablandıran səfir ABŞ-ın Azərbaycanla ticari əlaqələrin inkişafında maraqlı olduğunu və kənd təsərrüfatı, həmçinin özəl sektorun inkişafı, nəqliyyat layihələrinin həyata keçirilməsi kimi istiqamətlərdə birgə əməkdaşlığa hazır olduqlarını ifadə edib. 

Son xəbərlər

Orphus sistemi