Bakı. 21 iyul. REPORT.AZ/ "ABŞ prezidenti Donald Trampın administrasiyası Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupu formatında iştirakına sadiqliyini saxlayır".
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-ın Yerevandakı səfiri Riçard Milz Ermənistan parlamentinin sədri Ara Babloyanla görüşündə bildirib.
Məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə yanaşı Ermənistanda korrupsiyaya qarşı mübarizə də müzakirə olunub.